Photo: TURAN.az
Azərbaycanda maska taxmamağa görə cərimələr iki dəfə artırılıb
Bakı/29.06.20/Turan: Bazar ertəsi Milli Məclis İnzibati Xətalar Məcəlləsinə düzəlişləri qəbul edib. Düzəlişlərə əsasən tibbi maskaların taxılmamasına görə cərimələr artırılıb.
Düzəlişlərə görə, cərimə fiziki şəxslər üçün 50 manat yerinə 100 manar, vəzifəli şəxslər üçün 100 manat yerinə 200 manat, hüquqi şəxslər üçün 200 manat yerinə 400 manat təşkil edəcək.
İl ərzində birinci cərimədən sonra təkrar pozuntuya görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 800 manat məbləğində cərimə olunacaqlar.-02D-
-
- Maliyyə
- 29 İyun 2020 12:15
-
- İqtisadiyyat
- 29 İyun 2020 12:49
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz