�Azərişıq�: Bakının bəzi rayonlarında və Xırdalanda işığın kəsilməsinə güclü külək səbəb olub

Bakı/05.08.19/Turan: Güclü külək Bakının bəzi rayonlarında və Xırdalan şəhərində elektrik təchizatında fasilələrə səbəb olub. Külək elektrik xətlərini qoparıb və qısa qapanma yaranıb. Bunun nəticəsində işıq sönüb. Bu barədə Turan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən bildiriblər.

Mənbənin məlumatına görə, təmir briqadası qəzanın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirləri görür. Gün ərzində elektrik təchizatı bərpa ediləcək.-21B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti