Bakını tənqid edən blogeri Rusiyada Azərbaycana sürgün edirlər
Moskva/27.08.19/Turan: Peterburqun Dzerjin rayon məhkəməsi polisin dəlilləri ilə razılaşıb və Azərbaycan rəhbərliyini tənqid edən bloger Elvin İsayevi Azərbaycana sürgün etmək qərarı verib. Fontanka.ru nəşrinin məlumatına görə, İsayev Rusiyada qalma rejimini pozmaqda təqsirli bilinib. Hazırda o, əcnəbilər üçün təcridxanaya yerləşdirilib.
Amma İsayev özü iddia edir ki, Rusiya vətəndaşlığı var və pasportunu hələ 2001-ci ildə Şimali Osetiyada alıb. Polis isə məhkəməyə Azərbaycan baş konsulluğunun 2015-ci il tarixli İsayevin Rusiya vətəndaşlığı olmaması barədə arayışını təqdim edib.
İsayev Azərbaycan pasportundan 18 yaşında imtina edib və qanuni şəkildə Rusiya vətəndaşlığı alıb, İsayevin vəkili belə deyir. DİN-in məlumatlar bazasına əsasən, İsayev həqiqətən 2001-ci ildə vətəndaşlıq alıb, 2014-cü ildə "yenisi ilə dəyişdirilmiş" pasportu isə etibarlıdır.
İsayev xatırladıb ki, onun iki azyaşlı uşağı, həyat yoldaşı, anası və qardaşları Peterburqda yaşayır, Azərbaycanda isə qalacaq yeri yoxdur. "Fontanka"nın məlumatına görə, blogerin çoxsaylı qohumları Peterburqda qanuni şəkildə, əllərində Rusiya sənədləri ilə yaşayırlar. Bu zaman İsayev müntəzəm olaraq vətənində olur, dörd il ərzində o, demək olar ki, iki ayda bir Bakıya və Lənkərana səfər edib.
İsayev Azərbaycan hakimiyyətini kəskin tənqid edən fəal bloger kimi məşhurdur. -02D-
-
- Maliyyə
- 27 Avqust 2019 15:06
Cəmiyyət
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Rəy yaz