Bazar günü altı nəfər dənizdə batıb

Bakı/29.07.19/Turan: Ötən gün Xəzər dənizində altı nəfər batıb. FHN-in "112 qaynar xətti"nə Sabunçu rayonunda 4 nəfərin, Xəzər rayonunda bir və Abşeron rayonunda bir nəfərin qeyri-çimərlik ərazilərində suda batması ilə bağlı məlumat daxil olub.

Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb edilib, FHN-in məlumatında deyilir.-05D06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti