Bazar günü sərin hava şəraiti davam edəcək

Bakı/17.06.17/Turan: İyunun 18-də Bakıda və Abşeronda sərin hava şəraiti davam edəcək.

Yağıntı gözlənilmir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gündüz +25 +27 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında yağıntılar davam edəcək, ayrı-ayrı yerlərdə isə intensiv olacaq. Aran rayonlarında hava +31 dərəcəyə qədər isinəcək, dağlarda gündüz +18 dərəcəyə qədər isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti