Bakı/10.05.21/Turan: Mayın 11-də Bakıda və Abşeronda hava şəraiti dəyişkən olacaq, axşama doğru yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz müsbət 15-18 dərəcə təşkil edəcək. Ölkənin bəzi rayonlarında səhər və axşam yağıntı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gündüz müsbət 20-25 dərəcə, dağlarda müsbət 7-12 dərəcə təşkil edəcək. -02D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə