Çərşənbə günü yağış gözlənilir

Bakı/27.08.19/Turan: Avqustun 28-də Bakıda və Abşeronda hava tutqun olacaq, günün birinci yarısında yağış gözlənilir. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gündüz +29 +32 dərəcə təşkil edəcək.

Ölkənin şimal və şərq rayonlarında yağış yağacaq. Böyük Qafqaz dağlarında leysan yağacağı gözlənilir. Güclü şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu +32 +37 dərəcə təşkil edəcək, dağlarda +23 +28 dərəcə isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti