Cümə günü üçün hava proqnozu

Bakı/17.05.18/Turan: Mayın 18-də Bakıda və Abşeronda hava aydın, yağıntısız olacaq. Cənub küləyi əsəcək, havanın temperaturu gündüz +26 +28 dərəcə təşkil edəcək.

Ölkənin regionlarında yağıntı gözlənilmir, yalnız dağlıq rayonlarda şimşək çaxacağı, leysan yağacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz +32 dərəcəyə qədər, dağlıq rayonlarda +20 dərəcəyə qədər isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti