Dövlət Sərhəd Xidməti 19 kiloqrama yaxın narkotik götürüb
Bakı//26.07.19/Turan: Dövlət Sərhəd Xidmətinin (DSX) 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DSX-nın Mətbuat Mərkəzinin məlumatına görə, iyulun 22-də Füzuli rayonu Böyük-Bəhmənli kəndi (Bakıdan 330 kilometr cənub-qərb) yaxınlığında İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıb.
DSX-nin Sahil Mühafizəsi Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında iyulun 22-də Lənkəran rayon sakinləri Arzuman Hüseynov və Mürsəl Əsgərovdan ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə götürüb. -03D-
-
- Maliyyə
- 26 İyul 2019 14:47
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz