Açiq mənbələrdən foto.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Qeyri-adi isti hava şəraiti soyuq və güclü küləklə əvəzlənəcək
Bakı/01.12.21/Turan: Dekabrın 1-i səhərdən Bakıda hava şəraiti isti, günəşlidir, havanın temperaturu müsbət 20 dərəcədir. Lakin günün ikinci yarısında paytaxtda və Abşeronda güclü şimal küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə enəcəyi gözlənilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Küləyin gücü saniyədə 15-20 metrə, arabir 23-28 metrə, bəzən isə 30 metrə çatacaq. Dekabrın 2-də küləyin zəifləməsi gözlənilir. -05D-
Cəmiyyət
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Rəy yaz