Elmar Hüseynov
Elmar Hüseynov yaşasaydı, bu gün 54 yaşı tamam olacaqdı
Bakı/17.07.21/Turan: Bu gün 2005-ci il martın 2-də qətlə yetirilmiş mərhum jurnalist Elmar Hüseynovun 54-cü doğum günüdür. Cəsur jurnalistə qarşı bu cinayətin üstü hələ də açılmayıb.
Elmar Hüseynov jurnalist və bir sıra media layihələrinin - Azərbaycan hakimiyyətinin siyasətinin, sistemli korrupsiyanın, güc qurumlarının və məmurların özbaşınalığının, insan hüquqlarının pozuntusunun kəskin tənqidi yer alan qəzet və jurnalların rəhbəri idi.
Bu nəşrlər arasında ən məşhuru "Monitor" jurnalı idi.
O, dəfələrlə təhdid alıb, cinayət təqibinə məruz qalıb, həbsə atılıb. Xarici dövlətlərin siyasi sığınacaq vermək təkliflərinə baxmayaraq, Azərbaycanda qalıb və ölənə qədər peşə fəaliyyətini davam etdirib.
Elmar Hüseynov yaşadığı evin pilləkənlərində tapançadan açılan yeddi atəşlə öldürülüb. İstintaqa cəlb edilmiş türk müstəntiqlər cinayətin üstünü açdıqlarını bildiriblər. Amma onlar ölkədən göndəriliblər. Hakimiyyət qətlin Gürcüstanda yaşayan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev tərəfindən törədildiyini bəyan edib.
Azərbaycan hakimiyyəti iddia edir ki, bu şəxslər barəsində İnterpol vasitəsilə axtarış elan edilib, amma Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq iş səssiz-sədasıız ört-basdır edilib və adı çəkilən şəxsləri heç kim axtarmayıb.
Həmin vaxt DİN polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun qətldə əli olduğu barədə versiya var. Hacı Məmmədov sonradan çoxsaylı qətl və oğurluqlara görə ömürlük həbsə məhkum edilib və həbsxanada vəfat edib. -06D-
-
- Media
- 17 İyul 2021 11:46
Cəmiyyət
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
-
Çərşənbə günü paytaxtda gecə və səhər yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Builki COP29 iqlim konfransının aktiv səhnələri arasında özünü FINS Təşəbbüsü adlandıran bir qrup tərəfindən təşkil edilən balina ovu və dənizin dərinliklərindən faydalı qazıntıların hasilatına qarşı etiraz nümayəndələrin və müşahidəçilərin diqqətini cəlb edib. Lakin qrupun legitimliyi ilə bağlı suallar yaranır, çünki İnternetdə axtarış onun mövcudluğuna dair dağınıq qeydlərdən başqa çox az dəlil verir.
-
Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında "xəbər" yayılıb. Ən çox "müşahidə edənlər" video göstərərək heyvanın ölçüsünü şərh ediblər. Sonra digər "şahidlər" bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb.
Rəy yaz