FHN: Lənkəran və Astarada 367 nəfər təhliyə edilib
Bakı/05.10.17/Turan: Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Oktyabrın 4-5-də gecə saatlarında xilasedicilər bu rayonlarda köməksiz qalan 367 nəfəri təhliyə ediblər.
Xatırlada ki, sentyabrın sonlarından ölkənin cənub bölgəsinə intensiv yağışlar yağıb, çaylarda daşqınlar baş verib, yollar bağlanıb, həyətyanı sahələri və evləri su basıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. --0--
-
- Maliyyə
- 5 Oktyabr 2017 12:37
Cəmiyyət
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Rəy yaz