Google-da yaranan problem Azərbaycana da təsir göstərib
Bakı/19.12.19/Turan: Dekabrın 19-u günorta bütün dünyada istifadəçilər Google axtarış sisteminin işindən şikayətləniblər. Downdetector portalının məlumatına görə, şikayətlərin çoxu Türkiyə, Bolqarıstan, Yunanıstan, Böyük Britaniya, Niderland və İraqdan gəlib.
Bir saatdan çox sürən problem ən çox Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Macarıstan və digər ölkələrdə də müşahidə edilib.
Eyni zamanda YouTube, GMail və digər Google xidmətlərinin işində fasilələr yaranıb.
Mütəxəssislər nasazlığın səbəbini texniki səhv ilə əlaqələndiriblər.
Dekabrın 6-da bir sıra ölkələrdə istifadəçilər Facebook və İnstaqramda problemlə üzləşmişdi. ABŞ, Meksika, Peru, Kolumbiya və Braziliyada ən çox istifadəçi Facebook-un işindən şikayətlənmişdi.-02D-
-
- İqtisadiyyat
- 19 Dekabr 2019 17:07
-
- Siyasət
- 19 Dekabr 2019 17:18
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz