Gün ərzində COVİD-19-a 4010 yoluxma hadisəsi qeydə alınıb
Bakı/29.08.21/Turan: Azərbaycanda son bir gündə koronavirus infeksiyasına 4010 yeni yoluxma hadisəsi qeydə alınıb, 2898 nəfər sağalıb, 41 nəfər vəfat edib. Bu barədə avqustun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Koronavirusa yoluxanların ümumi sayı 417 996 nəfər təşkil edib, onların 361 128 nəfəri sağalıb, 5 553 nəfəri vəfat edib, 51 315 aktiv xəstənin müalicəsi davam etdirilir.
Son bir gün ərzində koronavirus əleyhinə vaksinasiya olunanların sayı isə 92 948 nəfər təşkil edib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfər təşkil edib.
İstifadə olunan vaksinlərin ümumi sayı 6 687 806 təşkil edib. Birinci mərhələ üzrə 4 042 976 nəfər, ikinci mərhələ üzrə isə 2 644 830 nəfər vaksinasiya olunub. -06D-
-
- Siyasət
- 29 Avqust 2021 19:18
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz