Bakı/05.03.18/Turan: Martın 6-da Bakıda və Abşeronda hava tutqun və yağıntısız olacaq, güclü şimal-qərb küləyi əsəcək.
Temperatur gündüz +7, gecə +4 dərəcəyə qədər enəcək.
Ölkənin rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir, dağlarda qar yağacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz +13, gecə +7 dərəcəyə qədər isti olacaq. Dağlarda gecə -5 dərəcəyə qədər şaxta, gündüz +3 dərəcəyə qədər isti olacaq. -02D-
-
- Cəmiyyət
- 5 Mart 2018 15:57
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz