
Açiq mənbələrdən foto.
Bakı/21.07.20/Turan: İyulun 21-i axşamdan iyulun 23-ü axşama qədər Bakıda və Abşeronda hava şəraitinin qeyri-sabit olacağı gözlənilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər. Güclü şimal küləyi əsəcək, saniyədə 15-20 metrə, aradabir saniyədə 28-30 metrə çatacaq.
Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə enəcək.
İyulun 21-i axşamdan ölkənin şimal rayonlarında intensiv yağıntılar başlayacaq, bu yağıntılar ölkə ərazisinə keçəcək və iyulun 25-dək davam edəcək.
Qərb küləyinin gücü saniyədə 25-30 metrə çatacaq. Havanın temperaturu 8 dərəcə enəcək.
İyulun 22-də Bakıda və Abşeronda havanın temperaturu +28+31 dərəcə olacaq. Ölkənin rayonları üzrə havanın temperaturu aran rayonlarında +33, dağlıq rayonlarda +23 dərəcə olacaq. -02D-
Rəy yaz