Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun 27-də vəkili Nemət Kərimli ilə görüşüb
Bakı/27.08.19/Turan: 16 saylı cəzaçəkmə müəssisəsində baş tutan görüşdə jurnalist telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasından şikayətlənib.
Bu barədə AzadlıqRadiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlı deyib ki, anası və qardaşlarından başqa heç bir qohumunun, dostlarının onunla görüşməsinə imkan verilmir. Jurnalist bildirib ki, həyat yoldaşı və anasıgildən başqa heç kimə, hətta vəkilinə də zəng eləməyinə qadağa var.
"Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva mediaya bildirmişdi ki, bir dostunun poçt vasitəsilə müəssisəyə göndərdiyi pulu ona vermirlər. Əfqan bugün dedi ki, məsələ ictimailəşəndən sonra pul ona verilib", - vəkil bildirib.
Penitensiar Xidmətdən isə Əfqan Muxtarlının telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə şikayətlərinin əsassız olduğu bildirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Əfqan Muxtarlı da daxil, heç bir məhkumun vəkillə telefonla danışmaq və ya görüşmək hüququ məhdudlaşdırılmır:
"İstər adını çəkdiyiniz şəxsə, istərsə də digər məhkumlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada telefon danışıqları imkanı yaradılır. Xüsusən də vəkillərlə ünsiyyət məsələsində heç bir problem yoxdur və ola da bilməz. Qanun məhkuma yaxın qohumlar və digər şəxslərlə görüş hüququ verir. Amma qaydalara görə, digər şəxslərlə görüş müəssisə rəhbərliyinin icazəsilə olur. Əgər görüşə gələn şəxs məhkumun islah olunmasına, davranışına, əhval-ruhiyyəsinə müsbət təsir göstərirsə, bu halda, əlbəttə ki, o görüşə icazə verilir".
Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.
O məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.
Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.-06D--
-
- Cənub-Şərqi Asiya
- 27 Avqust 2019 17:41
-
- Cəmiyyət
- 27 Avqust 2019 21:54
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz