Açiq mənbələrdən foto.
İki vətəndaş Laçın ərazisinə icazəsiz daxil olduqlarına görə cəzalandırılıb
Bakı/02.09.22/Turan: Laçında şəhərin adı erməni dilində (Berdzor) yazılan lövhəni bir neçə gün əvvəl sındıran şəxslərin həbs olunduğu bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
İddia olunur ki, həmin şəxslər lövhəni sökdüklərinə görə inzibati qaydada həbs olunublar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a açıqlamasında vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırdıqlarına görə inzibati qaydada həbs olunduqları barədə iddiaları təkzib edib. "Bu iddialar tam əsassızdır. Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub".
O qeyd edib ki, həmin ərazidə də "surpriz" partlayıcı və mina təhlükəsi var. "Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırma profilaktik məqsəd daşıyır". 0
-
- Siyasət
- 2 Sentyabr 2022 15:56
-
- Aktual Reportaj
- 2 Sentyabr 2022 16:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz