İmişli polisində intihar cəhdi

Bakı/20.12.17/Turan: İmişli rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetirməklə intihara cəhd ediblər. İmişli rayon polis şöbəsindən bu faktı təsdiq ediblər.

Polis əməkdaşları intiharın qarşısını alıblar. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyətləri qənaətbəxşdir.

Hər iki şəxs CM-in 181 (quldurluq), 149 (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinir. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti