Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/22.04.21/Turan: Aprelin 22-də Azərbaycan Dövlət Gömrük Komitəsi İran sərhədində külli miqdarda heroin müsadirə edildiyi barədə məlumat yayıb. Belə ki, Astara gömrük postunun əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına alma yükü aparan yük avtomobilində 240 ədəd bağlamada 122,48 kiloqram heroin aşkar ediblər.

Narkotiklər xidməti it tərəfndən yük maşınının bir neçə saxlanc yerində aşkar edilib. Faktla bağlı araşdırma aparılır. -02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti