İrandan narkotik maddə gətirilməsinin qarşısı alınıb

Bakı/05.11.19/Turan:  Dövlət Sərhəd Xidməti (DSX) növbəti dəfə ölkəyə böyük miqdarda narkotik maddənin gətirilməsinin qarşısını alıb.

Noyabrın 3-də saat 7:30-da İranla sərhəddə Astara şəhəri yaxınlığında sərhədçilər İran tərəfdən Azərbaycana keçmək istəyən sərhəd pozucusunu aşkar ediblər.

Pozucunu təqib edərkən o, çantasını atıb və İran istiqamətində gizlənib. Çantanın içində 12,5 kiloqramdan çox narkotik kokos, 8 min “metadon” psixotrop həb və xəncər aşkar edilib. Fakt üzrə istintaq aparılır, DSX-nın mətbuat xidmətinin məlumatında deyilir. 06D—

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti