
Açiq mənbələrdən foto.
Баку/23.06.20/Turan: İyunun 23-də Azərbaycanın baş naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran, həmçinin Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarında işsiz kimi qeydiyyatdan keçənlərə 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi haqqında sərəncam imzalayıb.
Ödənişlər koronavirusun pandemiyasına qarşı mübarizə çərçivəsində davam edən karantin rejimi ilə əlaqədar iyun ayı üçün verilir.
Sənədə əsasən, müavinət əvvəlki dövrdə analoji ödənişləri almış şəxslərin yoxlanmasından sonra ödəniləcək.—06D-
2 rəy
Elmeddin Nesibli
2024-01-11
Mende islemirem hec bir yerde 29 yasim var xahis edirem menede 190manat ayrilsin adimda hec bir şey yoxdur
Fizuli
2024-03-12
İşsizəm 2 evladim var dolana bilmirəm xaiş edirəm kömək edin