Jurnalistlərin həbsdə olduğu yerdə azad və keyfiyyətli TV ola bilməz
Azərbaycan Milli Televiziya və Radio Şurası Türkel TV MMC-yə ümumrespublika yayımı üçün müddətsiz lisenziya verildiyini elan edib. 2010-cu ildə Tovuzda açılan bu şirkət Azərbaycanın mərkəzi və qərb rayonları üçün televeriliş yayımı və istehsalı ilə məşğul olurdu. 19 sentyabr 2016-cı il tarixində Türkel TV-nin adı dəyişdirilərək, ARB 24 adlandırılıb. Onun verilişlərinə Bakıda da baxmaq olar. Türkel TV (ARB 24) tenderdə "daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olduğu üçün" iki rəqibinə - Baku Art Lab MMC-yə və Media Master MMC-yə qalib gəlib, deyə MTRŞ-nin press-relizində bildirilir.
MRTŞ-nin qərarı ilə əlaqədar Turan müxtəlif ölkələrdə və Azərbaycanın rayonlarında yaşayan azərbaycanlılar arasında qısa rəy sorğusu keçirib.
Türkiyədə yaşayan Lalə Kuru Facebook vasitəsilə belə cavab verib: orada teledebatlar olacaq? Kimdən müsahibə alacaqlar? Sosial problemləri qaldıracaqlar, yoxsa "biz Amerikadan daha yaxşı yaşayırıq" görünüşü yaratmağa davam etdirəcəklər?" O hesab edir ki, yeni telekanal başqa telekanallarda yayılan Azərbaycan xəbərlərini təkrar edəcək. Azərbaycanlılar peyk və kabel yayımı ilə yayımlanan xarici verilişləri yerli televiziyadan üstün tutmağa davam edəcəklər.
"Yerli televiziya, demək olar ki, azərbaycanlıların tələbatını qarşılamır. Paytaxt sakinləri əsasən kabel televiziyası ilə yayımlanan Rusiya və Türkiyə verilişlərinə baxırlar, rayonlarda isə peyk çanaqları vasitəsilə xarici telekanallar tutur", deyə coğrafiya müəllimi və Vikipediyada məqalələrin müəllifi Namiq Mantaşov (Qax rayonu) Turan-a cavab verib. Azərbaycanda Rusiya və Türkiyə telekanalları ilə yanaşı Avropada və dünyanın digər regionlarındakı yarışları göstərən İdman-Azərbaijan telekanalı da məşhurdur. Digər idman kanallarından fərqli olaraq, burada müasir rəqəmsal aparatlarla asanlıqla açılan çox sadə şifrələmə sistemi tətbiq olunur.
Azərbaycanda yerli və mütləq keyfiyyətli elmi, sənədli, tarixi və coğrafi televerilişlərə ehtiyac hiss olunur. Operativ xəbərlərə də tələbat var. Qalmaqallı verilişlərə üstünlük verən yeni Dalğa-TV kanalı qısa müddət ərzində uğurlu heç nə nümayiş etdirməyib, xarici filmlər və musiqili verilişlər yayımlayır. Euronews kanalının xəbər bloklarına Azərbaycan dilində baxmaq yaxşı olardı. ARB-24-də xəbərlər daha çox regional hadisələrlə bağlı idi. Bu kanal müsabiqədə qalib gəlib ümummilli kanala çevrilirsə, iş sahəsini əsaslı şəkildə genişləndirməli və yaxşılaşdırmalı olacaq, deyə N.Mantaşov əlavə edib.
Politoloq Leyla Əliyeva qeyd edib ki, yalnız ölkədə demokratiya səviyyəsi çox yüksək olduqda müstəqil kanal ola bilər. "İnkişaf etmiş demokratiyalarda belə ictimai və özəl kanalların sözün əsl mənasında müstəqil olması uğrunda daim mübarizə və müşahidə var. Mətbuat azadlığının boğulduğu, jurnalistlərin həbsdə olduğu Azərbaycanda isə azad telekanal ola bilməz. Aydındır ki, yeni kanalda kim işləyirsə işləsin, o, növbəti əhalinin beynini yuma və ya ağıllara nəzarət alətinə çevriləcək. Ola bilər ki, ARB hakimiyyətə lazım olan ideyaları daha incə formada təbliğ etsin və ya sadəcə olaraq xarici siyasətlə bağlı xəbərlərlə kifayətlənsin, L.Əliyeva belə ehtimal edir.
ARB-24 telekanalının baş direktoru əvvəllər dövlət televiziyasında və özəl "Sara TV" kanalında işləmiş Nadir Şəfiyevdir. Teleşirkətdə 5 departament fəaliyyət göstərir. Şirkət 720 kv. metrlik pavilyona və virtual dekorasiyalar yaratmaq üçün avadanlığa malikdir. Telekanal SOCAR-ın himayəsi altında fəaliyyət göstərir.
-
- İqtisadiyyat
- 29 Dekabr 2017 12:25
-
- Maliyyə
- 29 Dekabr 2017 12:56
Cəmiyyət
-
"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 349
Rəy yaz