Açiq mənbələrdən foto.
Karantin pozuntusuna görə vəzifəli və hüquqi şəxslərə tətbiq edilən cərimələr sərtləşdiriləcək
Bakı/16.12.20/Turan: Karantin pozuntusuna görə cərimələr sərtləşdiriləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdən irəli gəlir.
Dəyişikliklər təsdiq edilmək üçün dekabrın 18-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
Bəzi hallarına görə 1 ayadək müddətə inzibati həbs nəzərdə tutulub. Hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir.
Beləliklə, vəzifəli şəxslər üçün əvvəllər üç ilə dörd min manat arasında, hüquqi şəxslər üçün isə 4 ilə 10 min manat arasında dəyişən cərimələr artacaq. -02D-
-
- Aktual Reportaj
- 16 Dekabr 2020 13:41
-
- Aktual Reportaj
- 16 Dekabr 2020 13:42
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz