Açiq mənbələrdən foto.
Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibləri müəyyənləşib
Bakı/27.08.21/Turan: Cümə günü İstanbulda keçirilən püşkatma nəticəsində Konfrans Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubunun rəqibləri məlum olub.
Qrup mərhələsində Azərbaycanın yeganə nümayəndəsinin rəqibi "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) olub.
Qrup qalibləri birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanacaq, ikinci yerləri tutanlar isə Avropa Liqasının qruplarında üçüncü yeri tutan komandalarla birgə oyun oynayacaqlar.
Konfrans Liqasının qrup mərhələsinin matçları sentyabrın 16-da başlayacaq.
"Qarabağ" qrup mərhələsinə gedən yolda İsrailin "Aşdot", Kiprin "AEL" və Şotlandiyanın "Aberdin" klublarını məğlub edib.
Azərbaycan Avropa mövsümünə dörd klubla başlayıb. "Qarabağ"la yanaşı, Avrokuboklarda ölkəmizi "Neftçi", "Sumqayıt", "Keşlə" təmsil ediblər. –71D-
-
- Cəmiyyət
- 27 Avqust 2021 16:08
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz