koronavirusinfo.az
Koronavirus üzrə yeni antirekord
Bakı/06.11.20/Turan:Ötən sutka Azərbaycanda koronavirus infeksiyasına 1 465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər sağalıb, 17 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Azərbaycanda indiyədək ümumilikdə 62 338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47 270 nəfər sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14 257 nəfərdir.
Ölkədə son sutka ərzində 12 825, hazırkı dövrədək isə 1 417 368 test aparılıb.-02D-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz