koronavirusinfo.az
Koronavirusa yoluxanların və ölənlərin sayı yenə artıb
Bakı/31.03.21/Turan: Ötən gün Azərbaycanda koronavirus infeksiyasına 2237 yeni yoluxma hadisəsi qeydə alınıb, 787 nəfər sağalıb, 29 nəfər vəfat edib, bu barədə martın 31-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Xəstəliyə yoluxanların və ölənlərin sayı yenə artıb. Son bir aydır bu təmayül müşahidə olunur.
Bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 261713 nəfərə çatıb, onların 238125 nəfəri sağalıb, 3567 nəfər isə vəfat edib.
Aktiv xəstə sayı 20 min nəfəri keçərək, 20021 nəfərə çatıb. Son bir gün ərzində 14885 test aparılıb. -06D-
-
- İqtisadiyyat
- 31 Mart 2021 16:13
Cəmiyyət
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
Rəy yaz