Məhkəmə ağır xəstə Mirfeyzulla Seyidovu istintaq təcridxanasında saxlayıb
Bakı/21.05.18/Turan: Bakı Apellyasiya Məhkəməsi bazar ertəsi Xalq Cəbhəsi Partiyasının fəalı Mirfeyzulla Seyidovun qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında şikayətini təmin etməyib. Mayın 9-da həhs edilmiş Seyidovun ağır xəstəliyinə baxmayaraq, məhkəmə şikayəti təmin etməyib. Mayın 10-da məhkəmə onu 4 ay müddətinə həbs edib. AXCP-də onun siyasi motivlərlə təqib olunduğunu hesab edirlər. -16D-
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz