Səadət Cahangir
Məhkəmə jurnalistin prokurorluğa qarşı şikayətini təmin etməyib
Bakı/18.06.22/Turan: "Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir prokurorluğun onun ölkədən çıxışına qoyduğu qadağaya görə məhkəməyə üz tutub. Jurnalist deyir ki, heç bir cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs deyil, prokurorluğun onunla bağlı qərarı qanunsuzdur.
Jurnalist AXCP sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə istintaqda şahid qismində dindirilmişdi. Həmin cinayət işi məhkəməyə göndərilib, hökm də çıxarılıb.
İyunun 17-də Binəqədi rayon Məhkəməsində jurnalistin şikayətinə baxılıb və ona "yox" deyilib. Səadət Cahangirin prokurorluğa qarşı şikayəti təmin edilməyib.
Prokurorluğun nümayəndəsi deyib ki, Əhmədovun işi məhkəməyə göndərilsə də, ondan başqa bir cinayət işi ayrılıb. Həmin iş isə hələ bağlanmayıb. Ona görə də Səadət Cahangirin ölkədən çıxış qadağası qalmalıdır.
Jurnalist isə bildirib ki, şahidə ölkədən çıxış qadağasının tətbiqi qanunda nəzərdə tutulmayıb.
O, əlavə edib ki, yerli məhkəmələr şikayətini təmin etməsə, bu məsələni Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxaracaq. 06B
-
- Mədəniyyət
- 18 İyun 2022 13:06
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz