Açiq mənbələrdən foto.
Milli Hidrometeorologiya Xidmətindən daşqın xəbərdarlığı
Bakı/28.06.22/Turan: Milli Hidrometeorologiya Xidmətinin iyun ayının 28-i saat 08:30-a olan məlumatına əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 9 sm artıb.
Bu, iyunun 27-si saat 08:00-la müqayisədə 88 sm çoxdur və su sərfi 810 m3/san olmaqla on günlük normanın 200 faizini təşkil edib.
Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb və bunun nəticəsində artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 53 sm artım olub.
Məlumata görə, Kür çayının yuxarı axınında daşqın istisna olunmur və Xidmət xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə bununla bağlı xəbərdarlıq edilib.
Xidmət iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyini bildirir. 05D
-
- İqtisadiyyat
- 28 İyun 2022 12:24
-
- Maliyyə
- 28 İyun 2022 12:41
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz