Muğanlı-İsmayıllı yoluna 4 milyon manat ayrılıb
Bakı/09.02.19/Turan: Prezident İlham Əliyev Muğanlı-İsmayıllı (30 km.) -Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi haqda sərəncam imzalayıb.
Vəsait dövlət büdcəsindən ayrılır. Qeyd edək ki, Muğanlı-İsmayıllı yolu dağ aşırımından (İsmayıllı) keçir ki, burada da vaxtaşırı sürüşmə baş verir və hər il yolu təmir etmək lazım gəlir.-06D-
-
- Siyasət
- 9 Fevral 2019 12:06
Cəmiyyət
-
"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
Rəy yaz