Novruz gəldi!

Bakı/20.03.22/Turan: Bu il yaz fəsli Azərbaycana martın 20-də saat 07:33-da daxil oldu (yaz gec. və gündüz bərabərliyi). Novruz bayramı (fars dilindiəki nou və ruz sözlərinin birləşməsi olan yeni gun deməkdir) türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardan biridir. Bayramın Azərbaycanda qeyd edilməsinin 5-6 min illik tarixi var.

Yaz bayramı yeni ilin ilk günü kimi martın 20-21-nə təsadüf edir və bu bayram Köhnə dünyanın (yəni Asiya qitəsinin) ən qədim bayramı sayıla bilər.

Bayramın qışdan yaza keçiddə qeyd olunması torpağın oyanması, məhsul verməyə hazır olması, həm də, məcazi mənada dirilmə anlamına gəlir. Səməni yaşıllığı ilə həyatın canlanması və əbədiliyini ifadə edir. Yumurta Yer kürəsinin özüdür, yəni, möcud dünyamızın mini maketidir. Yazın gəlişinə qədər qeyd edilən çərşənbələr insan yaradılışının tərkib hissələrinə aiddir. Əski düşüncələrə görə, insanın yaradılış tərkibinə hava, od, su, torpaq daxil olub. Bu çərşənbələrin sonuncusu - ilaxır çərşənbə həm də köhnə ilin yola salınmasıdır. Bu bayramla bütün yer kürəsində iki bərabərlikdən biri olan yaz bərabərliyi başa çatır, günlərin uzanması, gecələrin qısalması mövsümü başlayır.

Əbədi gecə-gündüz əvəzlənməsinə Xeyirlə Şər arasında mübarizənin tərkib hissəsi kimi baxan türk xalqlarının təfəkkürünə görə, yazın gəlişi, gündüzlərin uzanması Xeyirin Şərə qalib gəlməsinin təcəssümüdür.

Bayramın atributları

Şamların yandırılması xatirə anlamı daşıyır. Təsadüfi deyil ki, Azərbaycanın bəzi rayonlarında qəbirlər üzərində şam yandırılması adəti indi də qalır. İslam dini isə ümumiyyətlə şam yandırılması məsələsinə müsbət yanaşmır.

Tonqal üstündən tullanmaq adəti isə mənfi və pis olan hər şeyin bu odda yandırılması, köhnə ildə qalması, yeni ilə keçməməsi anlamına gəlir.

Türk xaqları küsməyi, dava-dalaşı, incikliyi Şərin əməli sayaraq yaz bayramındakı barışların özünü belə məhz Xeyrin Şər üzərində qələbəsinin nəticəsi sayırdılar.

Sovet rejiminin hakim kəsildiyi 70 il ərzində bu bayramın el şənlikləri səviyyəsində qeyd olunmasına yasaq qoyulmuşdu.

Yaz bayramının gəlişilə bağlı bütün dövrlərə aid çoxlu oyun formaları olub, amma onların çoxu artıq ya sıradan çıxıb, ya da çıxmaq üzrədir.

Axır çərşənbədə qadınlar qulaq falına çıxır, su ilə dolu fincanda bəxt məsələsinə baxır və s.

Bayram süfrəsi

Yaz bayramı ilə bağlı hazırlanan süfrənin ilkin bəzəyi səməni, su, buğda, çörək, yumurta, qoz-fındıq, quru meyvələr olub, şəkərbura və paxlava, demək olar ki, hazırda yaz bayramı süfrəsinin rəmzlərinə çevrilib.

Arayış

Alimlər hesab edirlər ki, Novruz bayramının tarixi məşhur mədəniyyət mərkəzlərinin - Şumer, Vavilon, Assiriyanın yarandığı Qədim Mesopotamiyaya gedib çıxır. Vavilonda Yeni İl nisanın (mart-aprel) 21-ci günü qeyd edilirdi və bayram 12 gün davam edirdi, həm də hər günün öz adətləri, təsəvvürləri və əyləncələri var idi.

Novruz bayramının mənşəyini həm də ən qədim təkallahlılıq dini olan Zərdüştlük ilə əlaqələndirirlər. Novruz fars dilindən tərcümədə "yeni gün" deməkdir, türk ölkələrində isə bayram əvvəllər Turan adlandırılırdı ki (indiyədək çuvaşlar bu bayramı "Tura" adlandırırlar), bu da qədim Çin salnamələrini və 3 min il əvvəl yaranmış "Ergenekon" türk dastanını sübut edir.

Maraqlıdır, amma həm də məntiqlidir ki, qədim xalqların Yeni İli qeyd etməsi təbiətin oyanışı ilə eyni vaxta düşüb və bir qayda olaraq, marta təsadüf edib. Mussa qanununda Yeni İlin bizim mart və aprel ayına müvafiq olan "aviv" (sünbül) ayından hesablanması qərarına rast gəlinir.

Almaniyada, Fransa və İngiltərədə yeni ili martdan yanvara yalnız XVI-XVIII əsrlərdə keçiriblər. Baxmayaraq ki, yeni ili martın əvvəlində qeyd edən romalılar Yuli Sezarın arzusu ilə yeni (yulian) təqvimi hələ İsa Peyğəmbərin doğumuna 46 il qalmış tətbiq ediblər. Yanvar ayı Roma allahlarından biri olan ikiüzlü Yanusun şərəfinə adlandırılıb.

Çində 1911-ci ildə monarxiya dövlət quruluşunun devrilməsinə qədər Yeni İli qış çıxanda qarşılayırdılar.--0--

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti