Bakı/01.09.21/Turan: Tokioda Paralimpiya Oyunlarında Azərbaycan komandası 11-ci qızıl medalını qazanıb.Bu medalı üzgüçü Vəli İsrafilov qazanıb. 100 metr məsafəyə brass üsulu üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə göstərərək, yarışın qalibi olub. İsrafilov həmçinin paralmipada rekordunu qırıb.Azərbaycan yığmasının aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal var.Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb. -06D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə