Bakı/03.09.21/Turan: Azərbaycan komandası Tokioda Paralimpiya Oyunlarında 12-ci qızıl medalı qazanıb. Bu medalı üzgüçü Roman Saleh qazanıb.O, batterflay üsulu ilə 100 m məsafəyə 57,81 saniyədə üzərək birinci yeri qazanıb. Bundan əvvəl Saleh 100 metr məsafəyə brass üsulu ilə və sərbəst üsulla üzmə yarışlarında da qalib gəlib.Hazırda Azərbaycan yığmasının aktivində 12 qızıl medal, 1 gümüş medal və 4 bürünc medal var. -06D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə