Şamaxıda zəlzələ

Bakı/14.03.19/Turan: Bu gün Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar martın 14-də yerli vaxtla saat 13:36-da qeydə alınıb. Zəlzələ ocağı 10 km. dərinlikdə olub.

Şamaxı və Pirquluda yeraltı təkanlar 3 bal gücündə hiss edilib.

İki ay öncə həmin rayonda 5-6 bal gücündə iki zəlzələ baş vermişdi. Nəticədə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla tikiliyə ziyan dəymişdi.16D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti