Sayt redaktorunu xaricə buraxmayıblar
Bakı/30.07.19/Turan: Bu gün Gununsesi.org saytının redaktoru Pərviz Həşimli Xaçmaz rayonunun Xanoba sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. Bu barədə Turan-a P.Həşimli özü bildirib.
Xatırladaq ki, P.Həşimli 2018-ci il Gəncə hadisələri ilə əlaqədar yazılara görə Bakı Şəhər Prokurorluğunda dindirilib. Bundan sonra onun xaricə səfərinə qadağa qoyulub.
2 ay öncə qadağanın götürülməsilə bağlı baş prokurora müraciət edib.
Məktub KİV-də dərc edildikdən sonra jurnalisti Baş Prokurorluğa çağırıblar və bildiriblər ki, tezliklə məhdudiyyət götürüləcək. Lakin bu gün məlum olub ki, məhdudiyyət qüvvədədəir.
P.Həşimli 2013-cü ilin sentyabrında qanunsuz silah alveri ittihamı ilə həbs edilmişdi. Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmışdı. 2016-cı ilin martında əfv edilib.-06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz