
Açiq mənbələrdən foto.
Səhiyyə Nazirliyinin xaricdə təhsil alan yeniyetmələrin vaksinasiyası haqqında açıqlaması
Bakı/07.09.21/Turan: Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə istisna hallarda COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Buraya xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən tələbələr aiddir. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verib.
Yeniyetmələrin vaksinasiyası əvvəlcədən https://randevu.its.gov.az/ saytında qeydiyyat əsasında Bakı Sağlamlıq Mərkəzində aparılacaq. -02D-
Rəy yaz