Əfqan Sadıqov. Açiq mənbələrdən foto.
Sevinc Sadıqova: “Həyat yoldaşım ölümün astanasındadır”
Bakı/26.11.20/Turan: Jurnalist Əfqan Sadıqov 23 gündür ki, aclıq edir və dördüncü gündür ki, su içməkdən də imtina edir. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.
"Əfqan faktiki olaraq ölümün astanasındadır. Əgər o ölsə, buna görə məsuliyyət hakimiyyətin üzərinə düşəcək və ölkənin imicinə xələl gələcək ", - o deyib və qeyd edib ki, apellyasiya şikayətinə baxılması davam edir.
Onun sözlərinə görə, noyabrın 30-da hakim heyəti təyin olunacaq və həmin heyət 15 iş günü ərzində şikayətə baxılması tarixini təyin edəcək. Bu səbəbdən Sadıqova Bakı Apellyasiya Məhkəməsiin qarşısında etiraz aksiyası keçirmək niyyətindədir.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Azel.TV-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz sayaraq noyabrın 4-dən aclıq elan edib.16D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz