
Açiq mənbələrdən foto.
Sutka ərzində Azərbaycanda 369 koronavirusa yoluxma faktı aşkarlanıb, 9 nəfər vəfat edib
Bakı/20.07.20/Turan: Ötən sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 369 hal qeydə alınıb. Bu barədə bazar ertəsi Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Eyni zamana 523 nəfər virusdan müalicə olunub, 9 nəfər ölüb.
Ölkədə yoluxanların ümumi sayı 27 890 nəfərə çatıb, müalicə olunanların sayı 19 490, ölənlərin sayı 363 nəfərdir.
İyulun 20-i üçün xəstəxanalarda 8037 nəfər müalicə olunur.
Sutka ərzində ölkədə 6817, cəmi isə 634 min test keçirilib. -02D-
Rəy yaz