koronavirusinfo.az
Sutka ərzində koronavirusdan 9 nəfər vəfat edib
Bakı/27.10.20/Turan: Ötən sutka Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 663 hal aşkarlanıb. Bununla yanaşı, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib. Bu barədə oktyabrın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ölkədə yoluxanların ümumi sayı 51 149, sağalanların sayı 41 693, ölənlərin sayı isə 688 olub. Hazırda aktiv xəstələrin sayı 8 768 nəfərdir.
Ötən sutka ərzində ölkədə 9 700 test, pandemiya başlayandan isə 1 308 048 test keçirilib. -02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz