Zəvvarın ziyarətdən imtina etdiyi halda itirəcəyi pullar
Bakı/21.02.18/Turan:Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlarla Qafqaz Müsəlmanları İdarəsi arasında müqavilə bağlanır və bu neçə ildir ki, belə davam edir. Bunu QMİ-dən bildiriblər.
Mənbənin məlumatına görə, ziyarətə getmək üçün sənəd verən zəvvarlar sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər də orada yer alır. Belə ki, zəvvar ziyarətə 3 ay qalmış imtina etsə pulunu tam məbləğdə geri alır. İki ay qalmış ziyarətə getməkdən imtina etsə bu həcm 50%-ə enir. Bir ay qalmış fikrini dəyişsə məbləğin 25%-i qaytarılır. Bir aydan az qalan vaxtda imtina etsə, ümumiyyətlə, heç bir pul verilmir.
Xatırladaq ki, Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsidir. Bu il fevralın 12-dən Həcc ziyarətilə bağlı sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu iyunun ortalarına kimi davam edəcək. Ziyarətə gedişin qiyməti 4150 dollardır.--0--
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz