Açiq mənbələrdən foto.
DŞAK Feysukdakı statusun izi ilə Xırdalanda qanunsuz tikintinin qarşısını aldı
Bakı/19.01.21/Turan: Xırdalan şəhərinin əsas küçələrinin birində piyadalarin hərəkətinə maneə yaradan konstruksiya prosesə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müdaxiləsindən sonra səki üzərindən götürülüb.
Hər şey Feysukda şəhər rəhbərliyinin səhlənkarlığından bəhs edən və böyük dəstək alan statusdan sonra başladı.
Rəsmi məlumata görə, DŞAK-ə Xırdalanda Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərdən şikayət daxil olub.
Mütəxəssislər dərhal yerində baxış keçirilərək müəyyən ediblər ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırılıb, bununla da piyadaların gediş-gəlişinə maneə yaradır.
Bununla əlaqədar Komitə Abşeron rayon İcra Hakimiyyətinə müraciət edib və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb.
“DŞAK proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir”, - deyə qurumun məlumatında qeyd olunub.--08--
-
- Sual-cavab
- 19 Yanvar 2021 13:10
-
- Cəmiyyət
- 19 Yanvar 2021 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz