Açiq mənbələrdən foto.
Qarabağın mədəni irsi üzrə onlayn əlavə hazırlanır
Bakı/16.03.21/Turan: Gənclər və İdman Nazirliyi Quql art ənd Kalçier platforması vasitəsilə nümayiş etdirmək üçün Qarabağın maddi və qeyri-maddi irsi üzrə onlayn əlavə hazırlayır.
Dövlət satınalmalarının vahid elektron portalına əsasən, layihə arxeoloji, tarixi, memarlıq, dini abidələr, qoruqlar və Azərbaycan mənşəli coğrafi ərazi adlar barədə yazı, foto, video, 3D təsvir məlumatların “Quql Xəritə” veb xəritə tətbiqetməsinə inteqrasiya olunmasını nəzərdə tutur.
İşin bu ilin oktyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Bu işlərin görülməsi üçün "Kolorit Yaradıcılıq Emalatxanası" MMC dövlət büdcəsindən 150 min manat (88,2 min dollar) alacaq.--0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz