Qlobal borc balonu partladı
Makroiqtisadiyyat
-
Trampın yeni enerji və tarif siyasətinin dünya bazarında neftin və qazın qiymətinə təsirləri qısa, orta və uzunmüddətli dövrdə Azəbaycan iqtisadiyyatında da bir sıra neqativ nəticələr doğura bilər. Qərarlaşmış tendensiyaların qiymətləndirilməsi və perspektiv təhlillər göstərir ki, fundamental islahatlar və ciddi dəyişiklər baş verməzsə xarici şokların təsirindən Azərbaycanda iqtisadiyyatında 2026-cı ildən başlayaraq böhran müşahidə oluna bilər.
-
11 may 2023-cü il tarixdə ABŞ-da Respublikaçıların Prezident seçkisi öncəsi toplantısında çıxış edərkən “Qaz, Bala, Qaz” şüarını[1] gələcəkdə enerji siyasətinin lokomotivinə çevirəyini elan edən Donald Tramp prezident səlahiyyətlərinin icrasının ilk günündə ölkənin neft və qaz hasilatını artırmaq üçün Enerji Fövqəladə Vəziyyəti[2] Aktını imzaladı və bunun məntiqi ardıcıllığı üzrə ABŞ-ı Paris iqlim sazişindən çıxartdı. Bununla da bir daha qalıq yanacağı gündəliyinə sadiqliyini nümayiş etdirdi.
-
Dünya iqtisadiyyatı növbəti zəif genişlənmə ilinə hazırlaşarkən, Azərbaycan fürsət və risklərlə dolu mürəkkəb iqtisadi mənzərəni idarə etməyə çalışır. Dünya Bankının yanvar ayında açıqladığı 2025-ci il üçün Qlobal İqtisadi Baxışı 2025 və 2026-cı illərdə qlobal artımın 2,7% olacağını proqnozlaşdırır. Bu göstərici 2024-cü ilin səviyyəsini əks etdirməklə yanaşı, pandemiyadan əvvəlki dövrlə müqayisədə geri qalır. Hesabat inkişaf etməkdə olan iqtisadiyyatların vəziyyəti, inflyasiya tendensiyaları və geosiyasi qeyri-sabitliyin iqtisadi mənzərəni formalaşdırdığını vurğulayır.
-
Uzun illərdir ki, ölkədə orta aylıq əməkhaqqının əhalinin real gəlirlilik səviyyəsini ifadə etmədiyini söyləyirik. Çünki orta aylıq əməkhaqqını şişirdən neft-qaz və dövlət sektorundakı yüksək əməkhaqqının yüksək olması ilə bağlıdır. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3717 manat, qeyri neft-qaz sektorunda 947 manat təşkil etmişdir.
Rəy yaz