Bakı/21.09.23/Turan: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Günaybank”ın daşınar əmlaklarını açıq hərraca çıxardığını elan edib.Məlumatda deyilir ki, satış oktyabrın 10-u "Əmlak Hərrac Mərkəzi"ndə olacaq.Alıcılara müxtəlif ofis avadanlıqları (divanlar, kreslolar, masalar, oturacaqlar, dolablar, televizorlar, çılçıraq, pərdə və s.) təklif ediləcək. Əmlaklara ümumilikdə 25 075 manat qiymət qoyulub. -0-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə