Azərbaycan BOKT-ları borc portfelini 40% artırıb
Bakı/01.11.23/Turan: 2023-cü il sentyabrın sonuna Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) 509,7 milyon manat borc portfelinə malik olub.Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı BOKT icmalında bildirilir.Sənədə əsasən, bu, iyunun sonu ilə müqayisədə 11,65% çoxdur.BOKT-ların kredit qoyuluşu ötən ilin sonuna nisbətən 27,4%, son 1 ildə isə 39,5% artıb.BOKT-ların maliyyə göstəriciləri rübdə bir dəfə açıqlanır. -0-
-
- Maliyyə
- 1 Noyabr 2023 08:15
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz