Bakı/17.07.23/Turan: 2023-cü ilin I yarısında Azərbaycanın icmal büdcəsinə daxilolmalar 26 786,8 milyon manat, büdcədən xaricolmalar isə 15 711,4 milyon manat təşkil edib.Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Məlumatda deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47,6% və 9,5% çoxdur.Son nəticədə icmal büdcədə 11 075,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə çoxdur. -0-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə