Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 0,2 milyard dollara yaxın artıb
Bakı/19.03.22/Turan: Bu ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% və yaxud 0,195 milyard ABŞ dolları artıb.Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.Məlumatda deyilir ki, martın əvvəlinə sözügedən göstərici 53,4 milyard dolları üstələyib. O cümlədən AMB-nin valyuta ehtiyatları 1,2% artaraq 7,2 milyard dollara yaxınlaşıb. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz