Dollara tələbat 11,4% azalıb
Bakı/28.01.21/Turan: Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında 61 mln. 800 min dollar satılıb.Yanvarın 26-da keçirilən hərracla müqayisədə valyutaya tələbat 8 mln. dollar yaxud 11,4% azalıb.Yanvarda keçirilən valyuta hərraclarında ümumilikdə 644 mln. 700 min dollar satılıb.Manatın dollara nisbətdə mövqeyi dəyişilməz olaraq 1USD/1,7000AZN səviyyəsində qalıb.Yanvarın 28-ə avronun rəsmi məzənnəsi 1euro/2,0554AZN təşkil edib. –71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz