“Paşabank”ın keçmiş sədri “Bakı Fond Birjası”nın ali rəhbəri seçilib
Bakı/05.09.23/Turan: “Bakı Fond Birjası”nın (BFB) Müşahidə Şurasına yeni sədr seçilib.Bu barədə BFB məlumat yayıb.Məlumatda deyilir ki, bu, Fərid Axundovdur.Birjanın səhmdarları onu sədr vəzifəsinə avqustun 30-da keçirdikləri növbədənkənar ümumi yığıncaqda təsdiqləyiblər. Yeni sədr 2007-2015-ci illərdə “Paşabank”ın İdarə Heyətinin sədri olub, 2015-ci ildən isə bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib. -0-
-
- Siyasət
- 5 Sentyabr 2023 10:43
-
- İqtisadiyyat
- 5 Sentyabr 2023 11:17
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz